Rüstəm Orucov Olimpiya Oyunlarının gümüş mükafatçısı oldu

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 73 kq çəki dərəcəsində finalda yaponiyalı Ono Şoheyə ipponla uduzub.

Beləliklə, gümüş mükafatçı olan Rüstəm Azərbaycana Rio Olimpiadasının ilk medalını qazandırıb.

*   *   *23:40

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov finala yüksəlib. Beləliklə, o, ən azı gümüş medalı özünə təmin edib.

25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Yarımfinalda Rüstəm israilli Sagi Mukiyə qalib gəlib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31