Braziliya polisi Rio-de-Janeyroda olimpiya mətbuat mərkəzini evakuasiya edib.
axar.az bildirir ki, buna səbəb səhvən elan edilən həyəcan siqnalı olub. Kimsə polisə zəng vuraraq sözügedən binada terror təhlükəsi olduğunu deyib. Lakin sonradan bu iddianın yalan olduğu ortaya çıxıb.