Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı
8 Avqust 2016 08:41 İdmanBeynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya yığmasını Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edib. Buna səbəb dopinq qalmaqalıdır.
BPK prezidenti Filip Kreyven bu barədə Rusiya mətbuatına açıqlama verib: "Məsələ hansısa konkret bir idman növündə qeydə alınana qanun pozuntusundan getmir. Əsas problem dopinq sisteminə dövlətin verdiyi dəstəkdir".
Qeyd edək ki, bu qərar Beynəlxalq Antidopinq Komitəsinin (WADA) hesabatı ilə tanış olduqdan sonra verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31