Rio-2016: Orxan Səfərov yarımfinalda

Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilib.

Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilib.

Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxıb.
 
Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu nümayiş etdirməyə çalışıb. Avropa Oyunlarının finalçısının mübarizə apardığı 60 kq çəki dərəcəsinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Lakin həmyerlimiz ilk mərhələdən azad olduğundan yarışa 1/16 finaldan başlayıb.
 
"Böyük dəbilqə" və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
 
Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.
 
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31