Olimpiada məşəli Rio-de-Janeyroya gətirildi

Olimpiada məşəli XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərinə gətirilib.

Məşəlin estafeti mayın 3-də ölkənin paytaxtı Braziliyada start götürüb.

Ümumilikdə 12 min məşəlçi 95 gün ərzində 30 min km yol qət edib.

Məşəl 329 şəhərdə dolaşıb.

Qeyd edək ki, "Rio-2016" avqustun 5 - 21-də keçiriləcək.("Report")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31