FİFA-da qalmaqalı: eks-prezident rüşvət aldığını etiraf etdi

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.

APA xəbər verir ki, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
 
Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə  20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31