Rio-de-Janeyrodakı Olimpiya kəndində yanğın həyəcanı
30 İyul 2016 07:34 İdmanRio-de-Janeyroda açılan Olimpiya kəndindəki binalardan birinin sakinləri yanğın səbəbindən təxliyə olunublar.
"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Yanğın Avstraliya yığmasının yerləşdiyi binada qeydə alınıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın gəlib.
Şahidlərin sözlərinə görə, binanın pilləkənlərini tüstü bürüyüb. İlkin məlumatlara görə, heç kim zərər çəkməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31