Çingiz Hüseynzadə: "İdmançılar Olimpiya Oyunlarına təntənəli şəkildə yola salınacaq"
"Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın birinci qrupu artıq yola düşüb. İkinci qrup isə avqustun 1-dən 2-ə keçən gecə Rio-ya gedəcək". Məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
29 İyul 2016 19:48 İdman"Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın birinci qrupu artıq yola düşüb. İkinci qrup isə avqustun 1-dən 2-ə keçən gecə Rio-ya gedəcək". Məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O qeyd edib ki, idmançılar Olimpiya Oyunlarına təntənəli şəkildə yola salınacaq: "Yola salma mərasimində dindarlar idmançılara xeyir-dua verəcək, şənliklər təşkil ediləcək. İdmançıların getmə və gəlmə vaxtlarını federasiyaların xahişlərini nəzərə alaraq müəyyən etmişik. Kim istəsə Rio-dan tez qayıda biləcək. Məsələn, cüdoçular yarışlarını tez bitirəcəklər. Onlar isətəsələr tez qayıda biləcəklər. Amma olimpiya kəndində qalma kvotası da var. Onların 50 faizi yerini dəyişməlidir. Bu da təşkilatçıların imkanları ilə bağlıdır. Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında idmançıların olimpiya kəndində sonadək qalma imkanı var idi".