Vitse-prezident: "Olimpiya Oyunlarından ən azı 10-12 medal gözləyirik"

"Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın yarısı medal qazana bilər. Olimpiya Oyunlarından ən azı 10-12 medal gözləyirik".SİA-nın məlumatına görə, bunu  bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Onun sözlərinə görə, medalla bağlı proqnoz vermək çətindir: "Bunu yalnız idmançılarımızın potensialını nəzərə almaqla demək olar. Rio Olimpiadasında Azərbaycandan 56 idmançı iştirak edəcək. Komandanın demək olar ki, yarısı medal qazana bilər. Hesab edirik ki, medalların sayı və keyfiyyəti London Olimpiadasından daha çox və üstün olacaq".

C.Hüseynzadə qeyd edib ki, olimpiya yığma komandamızın əsas heyəti 3 gün sonra Braziliyaya yola düşəcək: "XXXI Yay Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ İctimai Televiziyaya (İTV) məxsusdur. Ona görə də oyunlar canli olaraq İTV-də yayımlanacaq. İTV hər gün 8 yayım verəcək. Milli Olimpiya Komitəsi isə oyunların ən isti xəbərlərini vaxt fərqi olmadan internet üzərindən ictimaiyyətə çatdıracaq. Ona görə MOK-un bütün internet resursları tam gücü ilə hazırlıq işləri aparırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31