Ramil Quliyevdən Türkiyə rekordu

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə rekorduna imza atıb.

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə rekorduna imza atıb.

Goal.az xəbər verir ki, "Fənərbağça" idman klubunun üzvü İsveçdə keçirilən Qran-pri yarışında 300 metrlik məsafəni 32,61 saniyəyə tamamlamaqla Türkiyə rekordunu təzələyib. Əvvəlki rekord 33,04 saniyə göstərici ilə Batuhan Altıntaşa aid idi.

Qeyd edək ki, Ramil Quliyev Rio-2016-da 100 və 200 metrlik məsafəyə qaçışda Türkiyəni təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31