Hakan Şükür ofisiant da işləyə bilməyəcək
"Qalatasaray" klubunun idarə heyəti "Konya Qalatasaraylılar Dərnəyi"nin rəhbəri Sıtkı Korkmazın müraciətindən sonra Fəthullah Gülən tərəfdarı olan, Hakan Şükürü üzvlükdən çıxarmağa qərar verib.
29 İyul 2016 11:33 İdman"Qalatasaray" klubunun idarə heyəti "Konya Qalatasaraylılar Dərnəyi"nin rəhbəri Sıtkı Korkmazın müraciətindən sonra Fəthullah Gülən tərəfdarı olan, Hakan Şükürü üzvlükdən çıxarmağa qərar verib.
1xəbər.com bildirir ki, bu qərar həyata keçirildikdən sonra keçmiş futbolçu artıq klubun qapısından belə keçə bilməyəcək.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Hakan Şükür ABŞ-dakı Qalatasaraylılar Dərnəyində ofisiant belə işləyə bilməyəcək. Bununla da Hakan Şükür "Qalatasaray" tarixindən tamamilə silinəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31