Zidan Poqbanın "Real"a mümkün keçidindən danışdı
Poqbanın transferi ilə bağlı işlərimizi davam etdiririk. Bu barədə, hələ ki, konkret söz deyə bilmərəm. Avqustun 31-nə qədər hər şey ola bilər.
27 İyul 2016 18:50 İdmanPoqbanın transferi ilə bağlı işlərimizi davam etdiririk. Bu barədə, hələ ki, konkret söz deyə bilmərəm. Avqustun 31-nə qədər hər şey ola bilər.
Apasport.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan deyib.
"Yuventus"un fransalı yarımmüdafiəçisi Pol Poqbanın karyerasını hansı klubda davam etdirəcəyi hələ müəyyənləşməyib. Onun uğrunda "Mançester Yunayted" və "Real" klubları rəqabət aparırlar. Öz növbəsində, "Yuve" də Poqbanı saxlamaqda israrlıdı.
Məsələ ilə bağlı İspaniya mətbuatına danışan "Zizu" bunları əlavə edib: "Poqba, hələ ki, "Yuventus"un futbolçusudu. Onunla bir çox klub danışıq aparır. "Real" isə həmişə istəyir ki, ancaq yaxşı futbolçuları transfer etsin".