"Qabriel "Barselona"ya gəlsə, xoşbəxt olacaq"

"Palmeiras"ın gənc hücumçusu Qabriel Jezuş Avropanın bir sıra klublarının maraq dairəsindədir.

"Palmeiras"ın gənc hücumçusu Qabriel Jezuş Avropanın bir sıra klublarının maraq dairəsindədir.

Goal.az xəbər verir ki, "Barselona"nın braziliyalı ulduzu Neymar həmyerlisini katalon klubunda görmək istədiyini qeyd edib.

"Qabriellə "Barselona"da oynamaq və bu şəhərdə yaşamağın necə hiss olduğu barədə danışmışam. O, əla futbolçudur. Bilirik ki, bir çox klublar onu ələ keçirməyə çalışır. Jezuş gedişi üçün münasib vaxt seçməlidir. "Barselona"da güclü futbolçuların olmağını istəyirik. Qabriel "Barsa"ya gəlsə, xoşbəxt olacaq. Bəlkə də, "Barselona" dünyanın ən böyük klubudur. Burada gözəl ab-hava var".

Jezuş Rio-Olimpiadasında Braziliya millisinin şərəfini qoruyacaq. Burda uğurlu çıxışı onun qiymətini daha da artıra bilər. Qeyd edə ki, 19 yaşlı forvardla "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" maraqlanır. Bu mövsüm gənc hücumçnun aktivində 10 qol var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31