"Mertezakerin əvəzinə müdafiəçi axtarmalı olacağıq"
"Arsenal"ın alman müdafiəçisi Per Mertezakerin zədə səbəbindən ilin sonuna kimi sıradan çıxdığı barədə məlumat vermişdik. Təcrübəli futbolçunun durumu haqqında baş məşqçi Arsen Venqer danışıb.
27 İyul 2016 18:40 İdman"Arsenal"ın alman müdafiəçisi Per Mertezakerin zədə səbəbindən ilin sonuna kimi sıradan çıxdığı barədə məlumat vermişdik. Təcrübəli futbolçunun durumu haqqında baş məşqçi Arsen Venqer danışıb.
Goal.az xəbər verir ki, klubun saytına açıqlamasında fransalı mütəxəssis Mertezakerin mövqeyinə futbolçu axtaracaqlarını bildirib.
"Xəbərlər pisdir. Mertezaker "Lens" klubuna qarşı matçda sona qədər meydanda oldu və dizindəki yüngül ağrıdan şikayətlənirdi. Növbəti gün zədənin gözlənildiyindən daha ağır olduğu müəyyənləşdi. O, artıq Almaniyada əməliyyat olunub. Hər şey yaxşı keçdi. Reablitasiya müddəti ilə maraqlandığınızı bilirəm. Amma dəqiq söz deyə bilmərəm. Bərpa üçün aylar tələb olunacaq. Doğrudur, yeni müdafiəçi axtarmalı olacağıq. Çünki müdafiədə təcrübə çatışmır. Eləcə də qarşıdakı yoxlama oyununda gənc futbolçuları sınaqdan keçirəcəyik".