Artıq çəkili futbolçu Qvardiolanın "düşmənidir"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın toplanışına artıq çəki ilə gələn futbolçulara qarşı sərt qaydalar tətbiq edib.
27 İyul 2016 18:33 İdman"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın toplanışına artıq çəki ilə gələn futbolçulara qarşı sərt qaydalar tətbiq edib.
Goal.az xəbər verir ki, onlara ümumi qrupla məşq etmək qadağan olunub.
"Məşqçilər tez-tez sağlamlığın əhəmiyyəti barədə danışır. Məsələn, Qvardiola artıq çəkili futbolçulara komanda ilə məşq etməyi qadağan edir. Bəzi uşaqlar bu səbəbdən bizimlə məşq etmir. Məsuliyyəti öz üzərimizə götürməliyik. Normal çəkin 60 kq olduğu halda 70 kq gəlirsənsə, komandaya problem yaratmamaq və zədə almamaq naminə oynamaq olmaz. Bu, vacib məsələdir" - "Mançester Siti"nin müdafiəçisi Qael Klişi bildirib.