"Tottenhem" çempion olacaq"
"Liverpul"un və "Çelsi"nin eks hücumçusu Fernando Torres "Tottenhem" haqda maraqlı fikirlər səsləndirib.
26 İyul 2016 19:10 İdman"Liverpul"un və "Çelsi"nin eks hücumçusu Fernando Torres "Tottenhem" haqda maraqlı fikirlər səsləndirib.
Goal.az xəbər verir ki, futbolçu yaxın illərdə "Tottenhem"in mütləq İngiltərə çempionu olacağını bildirib. "Çox güclü klubdur, çılğın azarkeşləri var. Mən Premyer Liqada çıxış elədiyim dönəmdə bu klubla səfər matçlarımız həmişə prinsipial keçirdi. Poçettino gənc və təcrübəli oyunçuların vəhdətini yaradaraq böyük işlər görür. Keçən mövsüm onlar titul qazanmağa yaxın idilər. Belə davam etsələr, yaxın illərdə mütləq çempion olacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31