Güləşçilərimiz Olimpiadaya hazırlığın son mərhələsində
Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına sayılı günlər qalır.
22 İyul 2016 14:56 İdmanBraziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına sayılı günlər qalır. AGF-dən "OLAYLAR"-a bildirilib ki, Olimpiya Oyunları avqustun 5-də başlasa da, güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Sərbəst güləşçilərimiz Göygöl Olimpiya İdman Kompleksində Belarus və Dağıstan komandası ilə birgə son təlim-məşq toplanışında iştirak edib. Yunan-Roma güləşçilərimiz isə Bakıda, Olimpiya Güləş Mərkəzində Mərakeş komandasının üzvləri ilə hazırlaşıb. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Heyət yaxın günlərdə açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31