"Kəpəz"in oyununda azərbaycanlı aktyordan maraqlı hərəkətlər
Ötən gün Avroliqanın II mərhələsinin cavab qarşılaşması çərçivəsində Avstriyanın "Admira" kollektivini qəbul edən Gəncənin "Kəpəz" klubunun oyununu bir sıra tanınmış şəxslər də izləyiblər.
21 İyul 2016 18:35 İdmanÖtən gün Avroliqanın II mərhələsinin cavab qarşılaşması çərçivəsində Avstriyanın "Admira" kollektivini qəbul edən Gəncənin "Kəpəz" klubunun oyununu bir sıra tanınmış şəxslər də izləyiblər.
Ölkə.az bildirir ki, onların arasında "Bacanaqlar" serialının rejissoru və Məhəbbət rolunun ifaçısı, əslən Gəncədən olan Ramin Hacıyev də olub.
Temperaturun yüksək olması Hacıyevin maraqlı görüntülərinə səbəb olub. Belə ki, aktyor-rejissor əynindəki köynəkdən dəsmal kimi istifadə etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, "Admira" Bakıda 0:2 hesabıyla qalib gələrək növbəti mərhələyə adlayan tərəf olub.