"Qarabağ"ın ilk oyununun vaxtı və məkanı açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsi çərçivəsində "Viktoriya" ilə keçirəcəyi ilk matçın məkanı və vaxtı müəyyənləşib.
21 İyul 2016 18:30 İdman"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsi çərçivəsində "Viktoriya" ilə keçirəcəyi ilk matçın məkanı və vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, qarşılaşma Plzen şəhərində yerləşən "Dusan Arena"da baş tutacaq.
Azərbaycan çempionunun 11 min 700 tamaşaçı tutumu olan stadiondakı matçı iyulun 26-sı, Bakı vaxtı ilə 22:15-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ÇL-in II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırıb (2:0, 1:1).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31