İdman arbitraj məhkəməsi rusiyalı atletləri Rio olimpiadasına buraxmayıb
Lozannada İdman arbitraj məhkəməsi (CAS) beynəlxalq yarışlardan kənarlaşdırmağa görə şikayət edən Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib.
21 İyul 2016 14:09 İdmanLozannada İdman arbitraj məhkəməsi (CAS) beynəlxalq yarışlardan kənarlaşdırmağa görə şikayət edən Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib.
Bu barədə "Report" "NTV"yə istinadən xəbər verir.
Müvafiq məhkəmə qərarını qurumun baş katibi Matye Rib elan edib.
Beləliklə, CAS Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qərarını qüvvədə saxlayıb. Assosiasiya idmançı Darya Klişinadan başqa bütün idmançıların Rio-de-Janeyro-2016 olimpiadasında iştirak üçün ərizələrini geri qaytarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31