"Yuventus" 101 milyon avrodan imtina edib

"Mançester Yunayted"in Pol Poqbanı transfer etmək fikri qətidir.

"Mançester Yunayted"in Pol Poqbanı transfer etmək fikri qətidir.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın 101 milyon avro təklifi "Yuventus" tərəfindən geri çevrilib. "Qoca senyora" fransalı yarımmüdafiəçinin "Yunayted"ə qayıtmaq istəyindən xəbərdardır. Turin klubu bu transferdən maksimum gəlir əldə etməyi hədəfləyir. "Manikunianlar"ın təklifi 120 milyon avroya çıxarması gözlənilir. Poqbanı "Real" da izləyir. Amma AVRO-2016-dan sonra "Kral klubu" gənc futbolçu üçün tələb olunan məbləği şişirdilmiş saymışdı.

Ötən mövsüm "Yuventus" forması ilə 49 oyuna çıxan Poqba 10 qol, 16 məhsuldar ötürmə ilə fərqlənmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31