"Qəbələ" və "Neftçi": Tarix nə deyir?

Sabah Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Sabah Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan klublarından "Qəbələ" Macarıstanın MTK, "Neftçi" Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək.

Təmsilçilərimizin meydana çıxacağı tarix klublarımız üçün uğurlu gün sayılır. Belə ki, avrokuboklar tarixində heç bir klubumuz iyulun 21-də məğlub olmayıb.
 
Bu gündə meydana çıxan 4 komandamız qələbə qazanıb. 1999-cu ildə "Kəpəz" "Sloqa Yuqomaqnat"ı (Makedoniya) - 2:1, 2010-cu ildə "İnter" səfərdə "Lex"i (Polşa) 1:0 hesabı ilə yensə də, mərhələ keçə bilməyib. Makedoniyalılar səfər qolu, polşalılar penaltilərlə (9:8) raundu adlayıb. 2004-cü ildə "Neftçi" "Şiroki Briyeq"i (Bosniya və Herseqovina) 1:0, 2009-cu ildə "Bakı" "Ekranas"ı (Litva) 4:2 hesabı ilə üstələməsi sayəsində mərhələ keçib. Bu 4 qələbəmizin hamısı Çempionlar Liqasında baş tutub.
 
Avropa Liqasında isə hər iki görüş heç-heçə ilə nəticələnib. 2011-ci ildə "Qarabağ" "Streymur" (Farer adaları), "Xəzər Lənkəran" "Makkabi" (Təl-Əviv, İsrail) ilə ev matçlarında qolsuz "sülh"lə qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31