"Beşiktaş"da ciddi itki
"Beşiktaş" ciddi itki ilə üzləşib.
19 İyul 2016 18:53 İdman"Beşiktaş" ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Vəli Kavlak sıradan çıxıb.
Məşq zamanı boyun fəqərələrində ağrı hiss edən avstriyalı futbolçu əməliyyat olunub. Onun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm çiynindəki zədə səbəbindən uzun müddət "Beşiktaş"a kömək edə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31