"İlk görüşdəkindən də çətin mübarizə olacaq"
"Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab oyunu öncəsi "The Bush Chicken"ə açıqlama verib.
19 İyul 2016 18:52 İdman"Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab oyunu öncəsi "The Bush Chicken"ə açıqlama verib.
Goal.az xəbər verir ki, yeni komandasında 4 qola imza atmış liberiyalı hücumçu cavab görüşü yekunlaşmamış arxayınlaşmaq fikrində olmadığını vurğulayıb: "Səfər matçında qalib gəlsək də, bununla kifayətlənmək fikrində deyilik. İlk görüşdəkindən də çətin mübarizə olacaq. Rəqib mərhələ adlamaq üçün bizə qalib gəlməlidir. Buna görə də böyük təzyiqlər edəcək. Biz öz gücümüzə inanmalı və mərhələ adlamaq üçün ağır döyüşə hazır olmalıyıq".
İyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlanacaq.