Ronaldo: "Geriyə daha güclü qayıdacam"
"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo AVRO-2016-nın finalında aldığı zədə barədə pərəstişkarlarını məlumatlandırıb.
19 İyul 2016 12:23 İdman"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo AVRO-2016-nın finalında aldığı zədə barədə pərəstişkarlarını məlumatlandırıb.
Goal.az xəbər verir ki, ulduz futbolçu İnstaqram-da bunları yazıb:
"Bütün azarkeşlərə təşəkkür etmək istərdim. Hər şey yaxşıdır. Qayıdandan sonra daha güclü olacam. Hamıya minnətdaram. Yaşasın, Portuqaliya".
Qeyd edək ki, Ronaldo Avropa Superkuboku və İspaniya çempionatının 2 turunu buraxmalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31