Şevçenko millinin baş məşqçisi oldu

Bu gün Ukrayna Futbol Federasiyasının İcra Komitəsinin toplantısı keçirilib.

Bu gün Ukrayna Futbol Federasiyasının İcra Komitəsinin toplantısı keçirilib.

APA- bildirir ki, iclasda milli komandanın baş məşqçisi vəzifəsinə Ukrayna futbolunun əfsanəsi, 2004-cü ildə "Qızıl top"un sahibi Andrey Şevçenkonun təyin olunması haqqında qərar qəbul edilib. Bu barədə federasiya İcra Komitəsinin üzvü Sergey Kunitsın özünün Facebook səhifəsində bildirib.
 
Qərar yekdilliklə qəbul olunub. Müqavilə 2+2 illik imzalanıb. A. Şevçenkonun köməkçiləri Mauro Tassoti və Raul Rianço olacaq.   
 
Xatırladaq ki, A.Şevçenko son Avropa çempionatında baş məşqçi Mixail Fomenkonun köməkçisi idi.
 
Ukrayna milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə, İslandiya, Xorvatiya, Finlandiya və Kosovo milli komandaları ilə eyni qrupdadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31