"Arsenal" fransız hucumçudan gözünü çəkdi

"Arsenal" fransalı hücumçu Aleksandr Lakazettin transferindən əl götürüb. "Topçular"ın çalışdırıcısı gənc forvardın agenti ilə birbaşa əlaqə yaratmasa da, vasitəçiləri danışıqlara cəlb edib.

"Arsenal" fransalı hücumçu Aleksandr Lakazettin transferindən əl götürüb. "Topçular"ın çalışdırıcısı gənc forvardın agenti ilə birbaşa əlaqə yaratmasa da, vasitəçiləri danışıqlara cəlb edib.

Goal.az xəbər verir ki, London klubu 25 yaşlı oyunçuya qoyulan 50+10 milyon bonusu şişirdilmiş hesab edib. "Arsenal" hücum xəttini gücləndirmək üçün başqa namizdləri nəzərdən keçirməyə qərar verib. Lakazettə yeganə iddiaçı PSJ qalıb. "Lyon"un qoleadoru ötən mövsüm Fransa çempionatında çıxdığı 34 oyuna 21 qol, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31