Avropa çempionu ilə yeni müqavilə imzalanacaq
Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Fernandu Santuşla danışıqlara start verib.
15 İyul 2016 18:40 İdmanPortuqaliya Futbol Federasiyasının rəhbərliyi Fernandu Santuşla danışıqlara start verib.
Apasport.az xəbər verir ki, danışıqlarda məqsəd Portuqaliya millisinin çalışdırıcısı ilə yeni müqavilə bağlamaqdı.
AÇ-2016-da komandasına çempionluq qazandıran Santuş bununla rəhbərliyin inamını artıqlaması ilə qazanıb. Bunu nəzərə alan federasiya rəhbərliyi yaxın günlərdə təcrübəli çalışdırıcının sözləşməsini yeniləyəcək.
Yeni anlaşmanın müddəti barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31