Maradona haqqında serial çəkiləcək
Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona haqqında serial çəkiləcək.
15 İyul 2016 18:37 İdmanArgentinanın əfsanəvi futbolçusu Dieqo Maradona haqqında serial çəkiləcək.
Report xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.
"Hər ay həyatım haqda yüz seriallıq film çəkmək olar. Həyatımda baş verənlər istənilən ssenaridən üstündür. Çox şadam ki, "Telefe" şirkəti serial çəkəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, Dieqo Maradona 1979-cu ildə futbol üzrə gənclər arasında dünya çempionu adının qazanıb. 1986-cı ildə onun komandası dünya birincisi, 1990-cı ildə dünya ikincisi olub. Maradona həm də DÇ-1986-nın "Ən yaxşı futbolçusu" adına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31