""Yuventus" klubu "Bavariya"nın futbolçusunu rənglərinə qatdı
İtaliyanın "Yuventus" klubu Almaniya "Bavariya"sının futbolçusu Mehdi Benatianı transfer edib.
14 İyul 2016 19:01 İdmanİtaliyanın "Yuventus" klubu Almaniya "Bavariya"sının futbolçusu Mehdi Benatianı transfer edib.
Report bildirir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən sonra müqaviləyə imza atacaq.
"Qoca Sinyora" mərakeşli oyunçunu sonradan 18 milyon avroya ala bilməsi şərti ilə icarəyə götürüb. Benatianın əmək haqqı ildə 3 milyon avro olacaq.
Qeyd edək ki, Mehdi Benatia "Bavariya"ya 2014-cü ildə İtaliya "Roma"sından keçib. Ötən mövsüm o, Bundesliqada 14 oyuna çıxıb. Benatia zədə üzündən qalan bölümü buraxmalı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31