Millimizdən irəliləyiş
FİFA dünyanın yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
14 İyul 2016 18:59 İdmanFİFA dünyanın yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Goal.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda bir pillə irəliləyərək 137-ci pilləyə yüksəlib. Millimizin hesabında 253 xal var.
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (33, 768), Norveç (53, 588) və San-Marino (200, 20).
İlk onluqda qərarlaşan komandalar:
Argentina (1585)
Belçika (1401)
Kolumbiya (1331)
Almaniya (1319
Çili (1316)
Portuqaliya (1266)
Fransa (1189)
İspaniya (1165)
Braziliya (1156)
İtaliya (1155).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31