Klopp: "Allenlə bağlı qərar qəbul etmək lazımdır"

"Liverpul"un baş məşqçisi Yurqen Klopp uelsli Co Allen barədə danışıb.

"Liverpul"un baş məşqçisi Yurqen Klopp uelsli Co Allen barədə danışıb.

Goal.az xəbər verir ki, "Fletuud Toun"la hazırlıq matçından sonra (5:0) alman mütəxəssis Allen barədə bunları deyib:

"Allenlə yeni müqavilə? Bu məsələni həll edəcəyik. Amma hələlik heç nə məlum deyil. Aydındır ki, Allen yaxşı futbolçudur. Buna heç vaxt şübhə etməmişik. O, AVRO-2016-da gözəl çıxış etdi. Qərar qəbul etmək lazımdır. Oyunçu ilə danışıb bu məsələni ondan soruşmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31