Millimiz Avropa birinciliyinin bürünc medalçısıdır
Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub.
13 İyul 2016 16:01 İdmanAzərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub. Yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yeniyetmə qızlarımız Çex Respublikasının yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar. Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar. Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub. Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.