Sxadadze: "Arşavin məni Venqerlə müqayisə etdi"
Bakı "İnter"inin eks-çalışdırıcısı Kaxaber Sxadadzenin "Kayrat"da işləri qaydasında gedir.
12 İyul 2016 18:50 İdmanBakı "İnter"inin eks-çalışdırıcısı Kaxaber Sxadadzenin "Kayrat"da işləri qaydasında gedir.
Goal.az xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasının iki məşhur futbolçusu - Andrey Arşavin və Anatoli Timoşuk haqqında danışıb.
"Bu iki oyunçu komandanın uğur qazanması üçün əlindən gələni edir. Elə alındı ki, Timoşukla daha tez bir-birimizi başa düşdük. Bu futbolçunun insani keyfiyyətlərini bir sözdə ümumiləşdirmək olar: mükəmməl. Eyni sözləri Arşavin haqqında deyə bilərəm. O da komandanın maraqları naminə çalışır. Bu iki futbolçunun misilsiz təcrübəsi "Kayrat"a çox kömək edir. "Teuta" ilə oyundan sonra Andrey məni Venqerlə müqayisə etmişdi. Səbəbini soruşanda dedi ki, Venqer də onu 70-75-ci dəqiqələrdə əvəzləyirdi".