Anri "Arsenal"dan gedir
"Arsenal"ın sabiq hücumçusu Tyerri Anri klubun akademiyasındakı işindən gedir.
12 İyul 2016 18:45 İdman"Arsenal"ın sabiq hücumçusu Tyerri Anri klubun akademiyasındakı işindən gedir.
Goal.az xəbər verir ki, "Arsenal" futbol akademiyasının rəhbəri Andris YonkerAnrini U-18 komandasına baş məşqçi təyin etmək istəyib. Arsen Venqersə buna qarşı çıxıb. O, Anrinin paralel olaraq "Sky Sports"da ekspert kimi çalışmasından narazıdır. İngiltərə mətbuatı Venqerin rəqabətdən qorxduğu üçün belə addım atdığını yazır. Çünki Anri gələcəkdə "topçular"ın baş məşqçisi olmağa real namizəddir. Buna görə gənc mütəxəssis inkişafına davam etmək üçün "Arsenal"dan gedəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31