"Bütün portuqallar Ronaldu ilə fəxr etməlidirlər"

Portuqaliya millisinin futbolçusu Rikardo Kuarejma AVRO-2016-nın finalında əvəzlədiyi Kriştianu Ronaldu barədə danışıb.

Portuqaliya millisinin futbolçusu Rikardo Kuarejma AVRO-2016-nın finalında əvəzlədiyi Kriştianu Ronaldu barədə danışıb.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu onun fədakarlığını yüksək qiymətləndirib.

"Ronaldunu zədə belə dayandıra bilmədi. O, komandanı dəstəkləməyə davam etdi. Buna görə Kriştianu mənim heyran olduğum yeganə futbolçudur. Bunu dostum olduğuna görə demirəm. Portuqaliya millisinin böyük kapitanı var. Onunla birlikdə oynamaq şərəfdir. Bütün portuqaliyalılar Ronaldu ilə fəxr etməlidirlər. Ronaldunu tənqid edənlər onun insani keyfiyyətlərindən az məlumatlıdırlar. O, hər bir uğuruna layiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31