"Poqba 100 milyon avroya layiq deyil"

Fransa millisinin eks-futbolçusu Emmanuel Peti Pol Poqbaya qoyulan transfer qiymətini düzgün saymır.

Fransa millisinin eks-futbolçusu Emmanuel Peti Pol Poqbaya qoyulan transfer qiymətini düzgün saymır.

Goal.az xəbər verir ki, 1998-ci ilin dünya çempionu həmyerlisi barədə bunları deyib:

"Transfer bazarında 100 milyon funt haqqında danışırlar. Bunun maliyyə israfı olacağını düşünürəm. Poqbanın böyük gələcəyi var, amma ona belə yanaşmaq hələ tezdir. Bu situasiya xoşuma gəlmir. Poqbanı superulduz edirlər. Mənsə belə düşünmürəm. O, Çempionlar Liqasını və ya milli komanda ilə hər hansı bir turniri qazanmaq səviyyəsinə çatmayıb. Şübhə etmirəm ki, buna nail olacaq. Amma hələ vaxtı deyil. Onun haqqında müntəzəm olaraq mediada yazırlar. Lakin Pol məni hələ inandıra bilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31