İki futbolçu dünyanın ən zəngin məşhurlarının siyahısında
"Forbes" jurnalı dünyanın ən zəngin məşhurlarının adını açıqlayıb.
12 İyul 2016 18:32 İdman"Forbes" jurnalı dünyanın ən zəngin məşhurlarının adını açıqlayıb.
Qol.az xəbər verir ki, "Real"ın futbolçusu Kriştianu Ronaldu siyahıda ilk 5-liyə daxil olub. O, 2015-ci ildə məvacibi, bonusları və reklam müqavilələri nəzərə alsaq, 88 milyon dollar qazanıb.
K.Ronaldu amerikalı teleaparıcı Fil Makqrou ilə birgə siyahıda 4-cü yeri bölüşdürür.
"Barselona"nın hücumçusu Lionel Messi də ilk 10-luqda yer alıb. O, ötən il 81.5 milyon dollar qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31