Millimiz bürünc medala sahib oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandasının Avropa birinciliyində mübarizəsi davam edir.

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandasının Avropa birinciliyində mübarizəsi davam edir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yeniyetmə oğlanlarımız yarımfinalda Rusiya millisinə məğlub olub bürünc medal qazanıblar. Yeniyetmə qızlarımız Çex Respublikasına qalib gəlib, 9-10-cu yerlər uğrunda Fransa millisi ilə mübarizə aparacaqlar. Gənc qızlarımız isə Xorvatiya millisinə qalib gələrək, 5-6-cı yerlər uğrunda Fransa millisi ilə mübarizə aparacaqlar. Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub. Gənclər arasında Avropa birinciliyi 17 iyul tarixinədək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31