AÇ-2016: Portuqaliya çempion oldu! -  FOTO

Portuqaliya - Fransa oyunu bitdi.

Portuqaliya - Fransa - 1:0.

Portuqaliya çempion oldu.

\ matça Fransa millisi fəal başlasa da, cəhdlər nəticə verməyib. Üstəlik Portuqaliya millisi artıq 25-ci dəqiqədə ciddi itki ilə üzləşib. 17-ci dəqiqədə Payetlə mübarizədə dizindən zədələnən ulduz futbolçu bütüncəhdlərinə baxmayaraq görüşü davam etdirə bilməyib.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.
 
İkinci hissə isə maraqsız və darıxdırıcı keçib.
 
Görüşün taleyinə isə əlavə olunmuş vaxtda aydınlıq gəlib. Matçın 109-cu dəqiqəsində Ederin zərbəsi dəqiq olub.
 
Bu qol qarşılaşmada yeganə olub və Portuqaliya millisi qitə çempionluğunu bayram edib.
 
Avropa çempionatı
Final
10 iyul
 
Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109 
 
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)
UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)
Sen-Deni. "Stad de Frans"
 
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo (20. Rikardo Quaresma, 25), 10. Joa Mario, 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 13. Danilo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu, 
 
Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet,  4. Adil Rami, 5. Nchr("39")Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne,  20. Kinqsli Kuman

---------

01:18

, Portuqaliya - Fransa oyununda hesab açıldı. Oyunun 109-cu dəqiqəsində Portuqaliyanın futbolçusu Eder fərqləndi. Portuqaliya - Fransa - 1:0.

-----------------

10.07.2016

23:00

Bu gün AÇ-2016-nın final matçı oynanılır. Turnir Portuqaliya - Fransa matçı ilə yekunlaşır.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.

Fransanın qalib gələcəyi təqdirdə isə "xoruzlar" rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984, 2000) fransızlar hər iki halda kuboku başı üzərinə qaldırıb. Bu dəfə də eyni hal yaşansa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.
 
Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn "üçrənglilər" uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədi.
 
Avropa çempionatı
Final
10 iyul
 
23:00. Portuqaliya - Fransa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)
UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)
Sen-Deni. "Stad de Frans"


Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario, 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 13. Danilo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma
 
Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet,  4. Adil Rami, 5. Nchr("39")Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne,  20. Kinqsli Kuman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31