Avropa Liqasında Azərbaycan klublarının oyunlarının başlama vaxtı məlum oldu
9 İyul 2016 03:11 İdmanAvropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının oyunlarının başlama saatı açıqlanıb.
İyulun 14-də azarkeşlər ilk olaraq "Neftçi"nin oyununa şahidlik edəcəklər. Makedoniya "Şkendiya"sı ilə "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Ardınca isə "Kəpəz"in Avstriyada "Admira"ya qarşı mübarizəsini izləmək mümkün olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Son olaraq "Qəbələ" Macarıstan MTK-sının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Xatırladaq ki, cavab görüşləri iyulun 21-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31