Bu gün Avropa çempionatında ilk finalçı bəll olacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşırlar. Oyun artıq başladı.
Turnirin ən böyük sürprizlərindən biri olan Uels millisinin bura qədər gəlib çıxması futbol ictimaiyyəti tərəfindən gözlənilən deyildi. Ancaq britaniyalılar ulduz oyunçuları Remzi və Beyllə birlikdə önlərinə çıxan rəqibləri bir-bir kənarlaşdıra biliblər. Finala isə sadəcə bir addım qalıb.
Portuqaliya millisi isə çempionat boyunca keçirdiyi heç bir oyunun əsas vaxtında qələbə qazana bilməyib. Maraqlıdır ki, Ronaldo və komanda yoldaşları məğlubiyyət acısı da yaşamayıb.
İki komanda bu vaxta qədər 3 oyunda qarşılaşıblar. Hər üç matç yoldaşlıq görüşü olub və iki qarşılaşmadan Portuqaliya, birindən isə Uels qalib ayrılıb.
Avropa çempionatı
Yarımfinal
6 iyun, 2016
23:00. Portuqaliya - Uels
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
Portuqaliya: 1. Rui Patrisio, 2. Bruno Alves, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario, 13. Danilo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 3. Pepe, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 14. Villiam Karvalyo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma
Uels: 1. Ueyn Hennessi (q), 2. Krin Qanter, 3. Neyl Teylor, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 8. Endi Kinq, 9. Hal Robson-Kanu, 11. Qaret Beyl, 16. Co Ledli, 19. Ceyms Kollins
Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams (q), 21. Denni Uard (q), 4. Ben Deyvis, 10. Aron Remsi, 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 18. Sem Vouks, 20. Conatan Uilyams, 22. Devid Vuqan, 23. Saymon Çerç