"Almaniyaya 5 qol vurmaq şansımız olmayacaq"
Gözəl qalibiyyət idi. Oyun yaxşı keçdi. Avropa çempionatında yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Öz ölkəmizdə Avropa çempionu olmaq istəyirik. Amma son dünya çempionu Almaniya bu titula sahib olmağa çalışacaq.
5 İyul 2016 18:43 İdmanGözəl qalibiyyət idi. Oyun yaxşı keçdi. Avropa çempionatında yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Öz ölkəmizdə Avropa çempionu olmaq istəyirik. Amma son dünya çempionu Almaniya bu titula sahib olmağa çalışacaq.
Qol.az xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Pol Poqba "Avro-2016"nın 1/4 finalında İslandiyaya 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, yarımfinalda qarşılaşacaqları Almaniyaya 5 qol vurmaq şanslarının olmayacağını bildirib:
"İslandiya ilə görüşdə yaxşı oynadım. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdim. Almaniyaya 5 qol vurmaq şansımız olmayacaq, amma bu gün yaxşı oynadıq".