​Rusiya yığmasının baş məşqçisi avqustda müəyyənləşəcək

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi avqustda müəyyənləşəcək. 

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bildirib.

O, hazırda bununla bağlı dəqiq məlumat verə bilməyəcəyini, lakin avqustda yığmanın bir araya gələcəyini və hazırlıqlara başlayacağını deyib.

Qeyd edək ki, Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutskiy AVRO-2016-da qrupda qaldıqları üçün istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31