Ən zəif çempionların mübarizəsində ikinci pərdə
Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
5 İyul 2016 09:52 İdmanBu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, qitənin ən zəif 8 çempionundan 6-sı meydana çıxacaq.
"Torshavn" və "Tre Penne" səfərdə aldıqları məğlubiyyətin əvəzini evdə çıxmağa çalışacaq. "Valletta" və TNS isə üstünlüyünü qorumaq üçün mübarizə aparacaq. İlk qarşılaşmada qol vura bilməyənlər isə Ermənistanda qarşılaşacaqlar.
Qeyd edək ki, I təsnifat mərhələsinin son oyunu sabah keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
5 iyul
19:00. "Alaskert" (Ermənistan) - "Santa Koloma" (Andorra)
İlk oyun - 0:0
21:00. "Torshavn" (Farer adaları) - "Valletta" (Malta)
İlk oyun - 0:1
22:30. "Tre Penne" (San-Marino) - TNS (Uels)
İlk oyun - 1:2