İngiltərə millisinə yeganə yerli namizəd Ellardaysdır

İngiltərə Futbol Assosasiyası yeni baş məşqçi axtarışlarını davam etdirir.

İngiltərə Futbol Assosasiyası yeni baş məşqçi axtarışlarını davam etdirir.

Roy Hocsonun istefasından sonra əsas diqqət Sautqeytə yönəlsə də, gənc mütəxəsis gözləmə mövqeyi tutub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırki namizədlər arasında yeganə ingilis Sem Ellardaysdır. Federasiya münasib yerli mütəxəsislərin məhdud olduğunu düşünür. Bu səbəbdən də milli komandaya əcnəbi məşqçi rəhbərlik edə bilər. FA-nın Loran Blan və Yurqen Klinsmannla danışıqlar apardığı qeyd olunur.

Ötən mövsüm Ellardays "Sunderland"i Premyer Liqada saxlaya bilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31