Fransa Almaniyadan intiqam almaq istəyir
Fransa millisinin hücumçusu Oliver Jiru "Avro-2016"nın yarımfinalında Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.
4 İyul 2016 18:58 İdmanFransa millisinin hücumçusu Oliver Jiru "Avro-2016"nın yarımfinalında Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, sözügedən qarşılaşmada "DÇ-2014"də Almaniyaya məğlubiyyətin intiqamını almağa çalışacaqlarını deyib:
"2014-cü ildə keçirilən dünya çempionatındakı oyunun əvəzini çıxmağı arzulayırıq. Noyabrda onları məğlub etmişdik. Amma bu, sadəcə, hazırlıq görüşü idi. Azarkeşlərimiz qarşısında yarımfinal oyununa çıxacağımız üçün şanslıyıq. Ümid edirəm ki, Marsel azarkeşləri də parislilər kimi bizi dəstəkləyəcəklər".
Qeyd edək ki, Fransa "DÇ-2014"un 1/4 finalında Almaniyaya 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmışdı.