"Hər şeyi birinci hissədə etdik"

Fransa öz ölkəsində keçirilən Avropa çempionatında (1984) qalib olmuş yeganə millidir.

Fransa öz ölkəsində keçirilən Avropa çempionatında (1984) qalib olmuş yeganə millidir.

Qərbi avropalılar eyni uğuru təkrarlamaq üçün ilk növbədə AVRO-2016-nın yarımfinalında Almaniya səddini keçməlidir.

Goal.az xəbər verir ki, Fransanın baş məşqçisi Didye Deşam İslandiya ilə 1/4 final matçından sonra bunları deyib:

"İslandiya ilə oyunda pozitiv məqamlar çox idi. Oyunçular buna layiq idi. Azarkeşlər aylardır bizi dəstəkləyir. Şadam ki, onlara sevinmək və özünü xoşbəxt hiss etməyə əsas verdik. Turnirin başa çatmasında bir həftə qalıb. Hər şeyi birinci hissədə etdik. Sonra rəqibə oynamaq imkanı yaratdıq. Jiru və Kosilnini cəzalı duruma düşməkdən qorumaq istədim. Belə oyunda onları itirmək axmaqlıq olardı. Fransa Avropanın ən yaxşı 4 komandası arasındadır. Bizi Almaniya ilə oyun gözləyir. Onlar dünyanın ən yaxşı komandasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31