AÇ-2016: Bundestim hücumçusunu itirdi
Avropa çempionatının 1/4 final mərhələsində İtaliya üzərində qələbə qazanan Almaniya yığması buna doyunca sevinə bilməyib.
4 İyul 2016 18:50 İdmanAvropa çempionatının 1/4 final mərhələsində İtaliya üzərində qələbə qazanan Almaniya yığması buna doyunca sevinə bilməyib.
Apasport.az xəbər verir ki, Bundestim aparıcı oyunçularından birini itirib.
İtaliya ilə qarşılaşmada zədələnən hücumçu Mario Qomes tibbi müayinədən keçib. Oyunun 72-ci dəqiqəsində ayağından xəsarət alaraq yerini Yulian Drakslerə verən 30 yaşlı forvardın zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər turnirdə 2 qol vuran Qomes üçün Avropa çempionatının başa çatdığını bildiriblər. Bu isə o deməkdi ki, "Beşiktaş"ın oyunçusu yarımfinal və qalib gələcəkləri təqdirdə final matçını buraxacaq.
Qeyd edək ki, Almaniya yığması yarımfinal mərhələsində iyulun 7-də ev sahibi Fransa ilə qarşılaşacaq.