AÇ-2016: Turnirdə 100-cü qol vuruldu

AÇ-2016-nın 1/4 mərhələsi çərçivəsində baş tutan Fransa - İslandiya matçında komandasının 4-cü qoluna imza atan Antuan Qrizman tarixə düşüb.

AÇ-2016-nın 1/4 mərhələsi çərçivəsində baş tutan Fransa - İslandiya matçında komandasının 4-cü qoluna imza atan Antuan Qrizman tarixə düşüb.

Apasport.az xəbər verir ki, fransız hücumçu vətənində keçirilən birinciliyin final mərhələsinin 100-cü qolunu vurub.

Bu qol həm də "Atletiko"nun hücumçusunu mərhələnin vahid bombardirinə çevirib. Belə ki, 1/4 final qarşılaşmasına qədər aktivində 3 qol olan hücumçu ispan Alvaro Morata və uelsli Qaret Beyl ilə şərikli lider idi. Artıq rəqiblərindən uzaqlaşan Qrizman hələlik vahid liderdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31